Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Milli.Az xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin müvafiq əmri ilə Şahbazov Fuad Nəzər oğlu başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Fuad Şahbazov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Milli.Az