Bu FOTO Türkiyəni bir-birinə qatdı

23 Fevral 2026 15:34

Ötən il Suriyada görülən TFF 3-cü Liqa komandası olan 52 Orduspor Futbol Klubuna məxsus köhnə komanda avtobusu "BBC News" reportajında ​​yer alıb.

Milli.Az xəbər verir ki, "BBC News"un "Dəməşq rejimi İŞİD-lə əlaqəli məhbusların kütləvi qaçışını təsdiqlədi" başlıqlı reportajında ​​istifadə edilən görüntülərdə 52 nömrəli Orduspor komandasının keçmiş avtobusu göstərilib.

İctimaiyyətə açıqlanan məlumatlara görə, avtobus əvvəllər Suriyanın müxtəlif bölgələrində görülmüşdü. Yeni görüntülər isə tezliklə sosial mediada trend mövzusuna çevrilib.

Qeyd edək ki, Suriyada aşkarlanan 52 nömrəli Orduspor Futbol Klubuna məxsus olduğu deyilən köhnə komanda avtobusu ilə bağlı daha əvvəl rəsmi açıqlama verilmişdi. 52 nömrəli Orduspor FK rəhbərliyi rəsmi olaraq ictimaiyyətə sözügedən avtobusun 18 dekabr 2024-cü ildə satıldığını bildirmişdi. Satışdan qısa müddət sonra nəqliyyat vasitəsi Suriyada görülüb və ictimaiyyət arasında təəccüb doğurub.

Fidan
Milli.Az