Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ-ın müxtəlif ştatlarındakı gizli anbarlarda fotoşəkillər və kompüterlər saxlayırdı.
Milli.Az xəbər verir ki, bu barədə The Telegraph nəşri yazır.
"Epşteyn ABŞ-ın müxtəlif ştatlarında altı anbar icarəyə götürüb və onları öz əmlaklarından olan əşyaların, o cümlədən Karib dənizindəki şəxsi adası Litl-Sent-Ceymsdən gətirilmiş kompüterlərin saxlanması üçün istifadə edirdi", - jurnalistlər aparılan istintaqdan sonra bildiriblər.
Nəşrin məlumatına görə, 2000-ci illərin ortalarında Ceffri Epşteyn özünə qarşı aparılacaq axtarış barədə məlumat alıb. Bundan sonra o, özəl detektivlər işə götürüb və kompüterləri gizli anbara köçürüblər. Bunun müqabilində onlar onlarla min dollar məbləğində böyük ödəniş alıblar.
Əvvəllər konqresmen Anna Paulina Luna Ceffri Epşteyn işi üzrə aparılan istintaqlarda davamlı problemlərin olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu problemlər hələ prezident Corc Buş dövründə başlayıb.
Ayxan
Milli.Az