Zümrüd əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

23 Fevral 2026 16:35

Televiziya efirində növbəti barışıq anları yaşanıb.

Milli.Az xəbər verir ki, aparıcı Zümrüd Bədəlovanın təqdim etdiyi proqramda Əməkdar artist Zaur Əmiraslanov ilə aralarında yaranmış inciliyə son qoyulub.

Canlı yayım zamanı studiyaya gələn sənətçi aparıcıya gül dəstəsi təqdim edərək könlünü almağa çalışıb. O, daha əvvəl səsləndirdiyi fikirlərin yanlış anlaşıldığını bildirib və heç bir pis niyyətinin olmadığını vurğulayıb.

Zümrüd Bədəlova da məsələyə münasibət bildirərək qarşılıqlı anlaşmanın vacibliyini qeyd edib. Tərəflər efirdə bir-birinə xoş sözlər deyərək barışdıqlarını nümayiş etdiriblər.

Canlı yayımda baş tutan bu barışıq tamaşaçılar tərəfindən müsbət qarşılanıb və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Musa
Milli.Az