Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ

23 Fevral 2026 13:52

General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib.

Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyin rəsmi internet səhifəsindəki rəhbərlik bölməsindən silinib.

Xəbər yenilənəcək

Milli.Az