Türkiyəli müğənni İbrahim Tatlıses son günlər övladlarının onun barəsində səsləndirdiyi iddialara münasibət bildirib.
Milli.az-ın məlumatına görə, sənətçi oğlu Ahmet və qızı Dilan Çıtak üçün əlindən gələni etdiyini, lakin qarşılığında məyusluq yaşadığını deyib.
Tatlısəs bildirib ki, ən böyük zərbəni yaxınlarından aldığını düşünür: övladlarına maddi və mənəvi dəstək göstərdiyini, biznes qurmaqda və ev almaqda kömək etdiyini vurğulayıb. Onun sözlərinə görə, Manisada alınan mənzillər sonradan satılıb və əldə olunan vəsait ailə daxilində bölüşdürülməyib:
"Qohumun insana etdiyini əqrəb belə etməzmiş. Məni ən yaxınlarım vurur. Biri erkəkdir, biri də dişi (red. oğlu Ahmetlə, qızı Dilanı nəzərdə tutur). Bağırır ki, "Acun mənim əmim olsaydı". Nişantaşındakı dükanı ona mən açdım, maşın aldım. Bodrumda mağaza açdı, "ata, ortağıq" dedi. Hamısını mən etdim. Nə oldu? Ortada heç nə qalmadı. Allah insanı belə övladlardan qorusun. Danışmıram, elə bilirlər ki, haqsız tərəfəm. Erkək olan üçün Manisada 5 mənzil aldım. Onları satdı. "Ailəmdir" deyir, bəs pullarını kimə verdin? Urfadakı bacılarına o puldan verdin? 3-5 ay olar ki, satılıb, 10 milyon pul etdi. Qızlara 5 qəpik pul da vermədi. Sənət nifrət edirəm, oğlum" .
Müğənni bəzi övladları ilə hazırda münasibətlərinin soyuq olduğunu desə də, İdo və Mələyin onunla maraqlandığını qeyd edib. O, həmçinin Urfadakı qızlarının onun üçün dua etdiyini bildirib və ailə məsələlərində daha həssas yanaşma gözlədiyini vurğulayıb.
Milli.Az