Los Angeles Lakers-in ulduz basketbolçusu LeBron James fevralın 23-ə keçən gecə "Boston Celtics" ilə oyunda 20 xal toplayaraq NBA tarixində yeni nailiyyət əldə edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, James NBA-nın müntəzəm çempionatlarında 43 008 xal yığan ilk oyunçu olaraq tarixə düşüb. Pley-off mərhələsi də daxil olmaqla onun ümumi hesabı isə 51 297 xal təşkil edir.
Qeyd olunur ki, həmin qarşılaşmada "Los Angeles Lakers" rəqibinə 89:111 hesabı ilə uduzub. Bununla belə, LeBron James-in fərdi uğuru NBA tarixində xüsusi yer tutur və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az