ABŞ hakimiyyəti 24 fevral tarixindən etibarən bir sıra mallara tətbiq edilən əlavə rüsumların yığılmasını dayandıracaq.
Milli.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.
Bəyanatda bildirilir: "IEEPA - Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanun çərçivəsində, müvafiq prezident sərəncamları əsasında tətbiq edilən rüsumlar, o cümlədən bütün dəyişiklik və düzəlişlər 24 fevral 2026-cı il tarixində Şərq sahili vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 09:00) etibarən qüvvədən düşəcək və istehlak üçün idxal edilən və ya anbardan istehlaka buraxılan mallardan artıq tutulmayacaq".
Reuters agentliyinin yazdığına görə, xidmət tərəfindən yayımlanan siyahıda ABŞ Ali Məhkəməsinin qanunsuz hesab etdiyi rüsumlar yer alıb.
Ayxan
Milli.Az