Tv-də BİABIRÇILIQ: “Tik-Tok qəhrəmanları” müzakirə yaratdı - VİDEO

23 Fevral 2026 21:00

Son günlər televiziya kanallarından birində yayımlanan verilişin qonaqları birmənalı qarşılanmayıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkə platforması "TikTok"da məşhurlaşan bir neçə fenomen eyni proqramda qonaq qismində dəvət olunub.

Onlar efirdə öz bacarıq və performanslarını nümayiş etdiriblər. Lakin bu addım tamaşaçıların hamısı tərəfindən müsbət qiymətləndirilməyib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi izləyicilər "TikTok qəhrəmanları"nın televiziya məkanında təbliğinin doğru olmadığını bildiriblər.

Tənqid edənlər hesab edir ki, efir məkanında daha peşəkar və ictimai nüfuzu olan şəxslərə üstünlük verilməlidir. 

Mövzu ətrafında müzakirələr sosial platformalarda davam edir.

Milli.Az