Azərbaycanda peyvənd vurulan körpə ÖLDÜ

23 Fevral 2026 10:08

Goranboyda peyvənd vurulan körpə ölüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib.

Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.

O, iynənin təsirindən şoka düşərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az