Paytaxtda mağazada güclü PARTLAYIŞ

23 Fevral 2026 09:19

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada partlayışla müşahidə edilən yanğın hadisəsi barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Milli.Az