Messi əsəbiləşib özündə çıxdı - Suares isə... - VİDEO

23 Fevral 2026 10:00

ABŞ-nin yüksək futbol liqasında mövsümə uğursuz start verən Inter Miami CF ilk turda Los Angeles FC ilə qarşılaşmada minimal hesabla məğlub olub - 0:1.

Milli.Az xəbər verir ki, görüş zamanı meydanda gərgin anlar yaşanıb. Komandanın lideri Lionel Messi hakim qərarlarından narazı qalaraq emosiyalarına hakim ola bilməyib. Bildirilir ki, argentinalı ulduz matçdan sonra referilərlə danışmaq üçün onların otağına yollanmaq istəyib.

Lakin vəziyyətin daha da gərginləşməsinin qarşısını komanda yoldaşı Luis Suarez alıb. Təcrübəli hücumçu Messini sakitləşdirərək onu bu addımdan çəkindirib.

Beləliklə, "İnter Mayami" yeni mövsümə məğlubiyyətlə başlasa da, komandada emosiyaların yüksək olduğu diqqətdən yayınmayıb.

Hüseyn
Milli.Az