Tolik Səidəni polisə şikayət etdi

23 Fevral 2026 00:30

Aparıcı Tarix Əliyev (Tolik) müğənni Səidə Sultanı polisə şikayət edib. 

Milli.Az xəbər verir ki, buna səbəb Səidənin telekanllarla bağlı dediyi sözlər olub. Belə ki, Tolik və Səidə TikTok-da canlı yayıma girib. Onlar bir-birinin ünvanına qeyri-etik sözlər deyib. 

Bundan sonra Tolik özü canlı yayım açıb və Səidəyə sərt sözlər bildirib. Tolik 102-yə zəng edərək, Səidədən şikayət edib. O bildirib ki, sabah gedib ərizə yazacaq və ifaçının məhkəməyə verəcək.  (Axşam.az)

Milli.Az