Meksikanın ən böyük narkokarteli olan "Xalisko Yeni Nəsil" (CJNG) lideri "El Mencho" ləqəbli Nemesio Osequranın hərbi əməliyyatla öldürülməsindən sonra ölkə xaosa sürüklənib. Qanlı qarşıdurmaların mərkəzi olan Qvadalaxara şəhərində kartel üzvləri beynəlxalq hava limanına basqın edərək ABŞ-li turistləri girov götürüblər.
Milli.Az xəbər verir ki, başı üçün ABŞ-də 15 milyon, Meksikada isə 10 milyon dollar mükafat təyin edilən El Mencho Tapalpa şəhərində keçirilən xüsusi hərbi əməliyyat zamanı zərərsizləşdirilib.
Əməliyyatdan qəzəblənən kartel üzvləri Qvadalaxara Beynəlxalq Hava Limanına hücum ediblər. Atışmalar zamanı bir çox sərnişin panika içində qaçarkən, aralarında ABŞ vətəndaşlarının da olduğu qrup girov götürülüb.
Xalisko valisi Pablo Lemus Navarro vəziyyət tam nəzarətə alınana qədər əhalini evdə qalmağa çağırıb. Eyalətdə ictimai nəqliyyat dayandırılıb, beş fərqli bölgədə nəqliyyat vasitələri yandırılıb və yollar bağlanıb.
CJNG Meksikanın ən qəddar və hərbi cəhətdən ən yaxşı təchiz olunmuş cinayət qruplaşmalarından biri hesab olunur. Liderlərinin öldürülməsi bütün ölkə miqyasında təhlükəsizlik risklərini artırıb.
Lalə Qüdrətova
Milli.Az