“Qəpiyimə qədər alıb, evimə köçə bilmirəm” - VİDEO

22 Fevral 2026 22:40

Müğənni Nəfəs Daxili İşlər Nazirliyinə müraciət edib.

Milli.Az xəbər verir ki, o, bununla bağlı instaqramda video paylaşıb. Nəfəs "LorenzoHome" şirkətinin sahibi Orxan Bünyadzadənin onun bütün pulunu aldığını, lakin evinin təmirini tamamlamadığənı bildirib.

Çətin vəziyyətdə olduğunu bildirən müğənni ailəsi ilə əlacsız qaldığını deyib.

Milli.Az