Kürdəmirdə qəza - xəsarət alanlar var - YENİLƏNİB - FOTO

23 Fevral 2026 00:24

Kürdəmirdə xəsarət alan piyadaların adı məlum olub.

Milli.Az-ın xəbərinə görə, bunlar Kürdəmir şəhər sakini, 1965-ci il təvəllüdlü Abdullayeva Şahnaz Babamkişi qızı, 2014-cü il təvəllüdlü Abdullayev Rafiq Rauf oğlu, rayonun Atakişili kənd sakinləri, 1986-cı il təvəllüdlü Əzizova Şairə Rafiq qızı və 2013-cü il təvəllüdlü Əzizova Yağmur Rəşad qızıdır.

------------

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, "AUDİ" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az