"Dünyada Elnarə kimi müğənni yoxdur"

22 Fevral 2026 21:13

"Vüqar Camalzadənin konsertində olanda fəxr etdim ki, bizim Elnarə Xəlilova kimi müğənni yoxdur".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Space Radio"da qonaq olarkən deyib. Müğənni Elnarənin ünvanına təriflər yağdırıb:

"Dünyanın heç bir yerində Elnarə kimi müğənni yoxdur. Onun vokalında, tərzində, muğamında, cazında, estradasında biri yoxdur. Vaqif Gərayzadəni bağrıma basıram ki, belə bir müğənnini tapıb. Deməzdim, Elnarə Xəlilovaya dəyər vermirik. Amma istəyərdim ki, konsertləri olsun. İşləyir, mahnılar yazır, amma daha fəal olsun." (Axşam.az)

Milli.Az