Rusiyada bu hava limanı BAĞLANDI

22 Fevral 2026 16:25

Rusiyanın Kaluqa hava limanında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Rosaviasiya" məlumat yayıb.

"Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün vacibdir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, PUA hücumu təhlükəsi səbəbindən dünən də Kaluqa hava limanında təyyarələrin enişi və qəbuluna məhdudiyyət tətbiq olunmuşdu.

Milli.Az