Türkiyə kinosunun tanınmış aktyoru Ali Tutal vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl beyin qanaması keçirdikdən sonra xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor həkimlərin bütün səylərə baxmayaraq, dünyasını dəyişib.
A.Tutal bu günədək 60-dək filmdə və bir çox televiziya serialında rol alıb. Onlar arasında xüsusilə "Günəşi gördüm", "Geniş ailə", "Bərəkətli torpaqlar üzərində" və "Hökumət qadın"ı göstərmək olar.
Milli.Az