Türkiyədə güclü zəlzələ oldu

22 Fevral 2026 08:55

Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunun Karşıyaka ərazisində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

Məlumata görə, zəlzələ fevralın 21-də yerli vaxtla saat 06:43-də baş verib.

Yeraltı təkanların ocağı 5,6 kilometr dərinlikdə yerləşib.

Milli.Az