Türkiyə Super Liqası: “Qalatasaray” məğlub oldu

22 Fevral 2026 00:02

Türkiyə Super Liqasında XXIII turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Konyaspor"un qonağı olub. Matçda hesabı meydan sahibləri açıb. Adil Demirbağ fərqlənib. Çox keçmədən Blaz Kramer "ağ-yaşıllar"ın qələbə qolunu vurub - 2:0.

Qeyd edək ki, "Qalatasaray" 55 xalla liderliyini davam etdirir.

Milli.Az