“Kino Lent” – kino musiqisinin sehrli axşamı - FOTO

21 Fevral 2026 18:36

20 fevral 2026-cı il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində yenidən "Kino Lent" adlı möhtəşəm kino musiqisi gecəsi baş tutub.

Dirijor Ellada Məmmədovanın rəhbərliyi ilə teatrın Estrada-Simfonik Orkestrinin ifasında təqdim olunan konsert proqramında tamaşaçılar Bəxt üzüyü, Oyuncaq, Təhminə, Əhməd haradadır və digər ekran əsərlərinə bəstələnmiş musiqiləri orkestrin canlı ifasında dinləmək imkanı qazanıblar. Musiqi nömrələri filmlərin ruhunu və atmosferini əks etdirən qısa səhnəciklərlə müşayiət olunaraq gecəyə xüsusi dramaturji dinamika bəxş edib.

"Kino Lent" layihəsi teatrın yaradıcılıq istiqamətində yeni mərhələ kimi musiqi və teatr elementlərini sintez edən konseptual proqram olaraq tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az