Sosial şəbəkələrdə "Araz" marketlər şəbəkəsində vaxtı keçmiş pendir məhsullarının yenidən qablaşdırılması ilə bağlı videogörüntülər yayılıb.
Milli.Az xəbər verir ki, iddiaya görə,"Dədə Qorqud" parkının yaxınlığında yerləşən "Araz" marketdə pendirin kiflənmiş hissəsi ayrılaraq qablaşdırılır və yenidən vitrinə qoyularaq satışa çıxarılır.
Həmçinin pendir xarab və qırılmış yumurtaların yaxınlığında kəsilir.
Milli.Az-ın sorğusuna cavab olaraq məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bəğlı məsələ nəzarətə götürülüb:
"Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır".
Həmin görüntüləri təqdim edirik:
Fidan
Milli.Az