Azərbaycanda Olimpiya hakiminə yüksək vəzifə VERİLDİ – DOSYE

21 Fevral 2026 12:25

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Milli.Az xəbər verir ki, Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Cəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya malikdir.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Ə.Cəfərov üç Olimpiya Oyunlarında hakimlik edib:

2010 - Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları
2012 - London Yay Olimpiya Oyunları
2014 - Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib./Trend.Az

Milli.Az