Rusiyada yoxa çıxan helikopter tapıldı - Ölənlər var

21 Fevral 2026 12:00

Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan şəxsi "Robinson" helikopterinin axtarışları başa çatıb. 

Milli.az xəbər verir ki, bu barədə Amur vilayəti hökuməti Teleqram kanalında məlumat yayıb.

Xilasedicilər qəza yerində 3 şəxsin cəsədini aşkar ediblər.

Məlumata görə, helikopter ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb.

Milli.Az