Dövlət İmtahan Mərkəzi yeməklərin hazırlanması və çatdırılması xidmətinin satınalınması üzrə açıq tender elan edib.
Milli.Az xəbər verir ki, tenderin ümumi ehtimal olunan qiyməti 199 105,53 manat təşkil edir.
Tender çərçivəsində müxtəlif tədbirlər və qapalı rejimli imtahanlar üçün iaşə xidmətləri nəzərdə tutulur.
Tender 20 fevral 2026-cı il saat 15:05-də dərc olunub. Təkliflərin son təqdim edilmə tarixi 16 mart 2026-cı il saat 17:30-dur. Zərflərin açılışı da həmin tarixdə və saatda baş tutacaq.
Ayxan
Milli.Az