"Azərbaycan və Ermənistan arasında əlaqələrin açılması davamlı sülhə aparan yoldur" - Sevinc Fətəliyeva - VİDEO

21 Fevral 2026 11:04

Azərbaycan qarşılıqlı bağlantı infrastrukturunu qurur, Orta Dəhlizi və TRIPP layihəsini irəli aparır və Ermənistanla kommunikasiyaların açılmasını regional iqtisadi əməkdaşlıq və davamlı sülhə aparan yol kimi qiymətləndirir.

Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT Parlament Assambleyasının Qış Sessiyasında geoiqtisadiyyat, texnologiya və təhlükəsizlik məsələləri üzrə çıxışı zamanı bildirib.

Fətəliyeva həmçinin vurğulayıb ki, bu gün əsas məsələ nəzəri yanaşmalar deyil, real imkanlardır.

Milli.Az