Serbiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına İranı tərk etməklə bağlı çağırış edib.
Milli.Az xəbər verir ki, bu barədə Serbiya XİN məlumat yayıb.
Bildirilib ki, artan gərginlik və təhlükəsizlik vəziyyətinin pisləşməsi riski ilə əlaqədar olaraq İran İslam Respublikasında olan bütün Serbiya vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələri tövsiyə olunur.
Qeyd edək ki, daha əvvəl Almaniya və İsveç də vətəndaşlarına eyni müraciəti edib.
Milli.Az