ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan bütün mallara 10% həcmində rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Milli.Az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
Konfrans ABŞ Ali Məhkəməsinin idxal rüsumları mexanizmi ilə bağlı qərarından sonra çağırılıb.
O, həmçinin "milli təhlükəsizlik"lə bağlı tariflərin qüvvədə qalacağını bildirib.
"Bu andan etibarən milli təhlükəsizliklə bağlı bütün rüsumlar tam şəkildə qüvvədə qalır. Bu gün eyni zamanda artıq tətbiq olunan adi rüsumlara əlavə olaraq 10% qlobal rüsum müəyyən edən sərəncam imzalayacağam", - deyə Donald Tramp qeyd edib.
Tramp deyib ki, idxala tətbiq ediləcək yeni 10% rüsum üç gün sonra qüvvəyə minəcək.
Milli.Az