Bəzi kəndlərdə işıq olmayacaq

20 Fevral 2026 22:51

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun səkkiz kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

Milli.Az xəbər verir ki, fevralın 21-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə bağlı sifariş əsasında müvəqqəti olaraq açılacaq.

Aparılacaq işlər səbəbindən Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az