Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Mətbuat prospekti 18/7, məhəllə 539 ünvanında qoyulan şlaqbaumlar narazılığa səbəb olub.
Milli.Az-ın məlumatına görə, polis və aidiyyəti qurumların əməkdaşları tərəfindən vətəndaşları narahat edən hal aradan qaldırılmaqla şlaqbaumun sökülməsi təmin edilib.
Xatırladaq ki, sakinlər daha əvvəl qeyd etmişdilər ki, şlaqbaumlar 1 hektara yaxın əraziyə giriş-çıxışı qanunsuz olaraq məhdudlaşdırıb.
Bundan öncə də bir dəfə sözügedən pozuntunun aradan qaldırılması üçün FHN tərəfindən qurğunun demontaj edilməsi təmin olunub.
Qeyd edək ki, məsələ növbəti dəfə "Qafqazinfo"nun şikayəti ictimailəşdirilməsindən sonra nəzarətə götürülüb.
Milli.Az