Azərbaycan Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı "CBC Sport" və ölkənin ilk idman telekanalı olan "İdman TV" rəhbərliyi ilə müzakirələr aparıb.
Milli.az xəbər verir ki, AFFA-nın rəsmi saytı məlumat yayıb.
Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Premyer Liqanın hər turundan bir qarşılaşma "CBC Sport"la paralel olaraq "İdman TV" vasitəsilə də canlı yayımlansın.
Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək "Qarabağ" - "Sabah" matçı olması nəzərdə tutulur.
Yayımın təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək.
Milli.Az