Agentliyin iki qurumu yenidən təşkil olunaraq QSC statusu aldı - FƏRMAN

20 Fevral 2026 17:14

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında fərman imzalayıb.

Milli.Az President.az-a istinadən xəbər verir ki, fərmana əsasən, həmin qurumlar agentliyin tabeliyində "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-yə çevriliblər.

Milli.Az