Azərbaycanlı müğənni milyonçuya ƏRƏ GEDİR

20 Fevral 2026 17:20

Müğənni və model Müjgan Ayxan şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi aparıcı Nigar Fərhadın suallarını cavablandırarkən yaxın zamanda ailə qurmağa hazırlaşdığını bildirib.

İfaçı qeyd edib ki, həyatında olan şəxs azərbaycanlıdır, lakin uzun müddət ölkədən kənarda yaşayıb:

"Subaydır, Azərbaycanda yaşamayıb, burada da olmayıb. Amma azərbaycanlıdır. Milyonçudur, işləyir. Maşını 'Range Rover'dir. Mənə bahalı hədiyyələr edir və ailə qurmaq niyyətindədir. Valideynlərimiz də artıq danışıb".

Müjgan Ayxan münasibətlərə baxışının dəyişdiyini də vurğulayıb:

"Özüm təzə ağıllanmışam. Sevgi-filan boş şeydir, əsas ciddi münasibətdir. Sevən insan yanında, evində, səninlə birlikdə olar".

Sənətçi ikili münasibətləri qəbul etmədiyini də bildirib: "İkili sevgim mümkün deyil. İstər qadında, istər kişidə bu alınmır. Bir kişi səni sevirsə, necə başqa yerdə başqa qadınla ola bilər?".

Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin münasibətlərə dair fikirlərini müxtəlif cür dəyərləndiriblər.

Musa
Milli.Az