Bir şəhər və iki rayonda su olmayacaq

20 Fevral 2026 16:57

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. 

Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk. 

Aysel
Milli.Az