Paytaxtda qadınlar marketdən oğurluq etdilər - YENİLƏNİB - ANBAAN VİDEO

20 Fevral 2026 16:29

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, şübhəlilər dilənçi və tufeyli həyat sürən şəxslər olub. Mağazadan bir neçə qutu tütün məmulatlarını talayıblar.

Milli.Az xəbər verir ki, hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

________________

Saat - 16:20

Bu gün günorta saatlarında Bakının Keşlə qəsəbəsində yerləşən "Al Market" mağazasında qeyri-adi soyğun baş verib.

Milli.Az xəbər verir ki, 5-6 nəfər qara çadralı, niqabla üzlərini gizlədən qadın əllərində bıçaq və ülgüclə kassirləri hədələyərək pulu götürüb. Şahidlərin sözlərinə görə, onlar həm Azərbaycan dilində, həm də anlaşılmayan başqa dildə danışırmış.

Hadisənin ən qəribə tərəfi isə soyğunçuların əllərində pipetli qabdan ağızlarına maye fısqırtmaları olub.

Bütün anlar mağazanın müşahidə kameralarına düşüb./Globalinfo.az

Milli.Az