Rəqsanə estetik həkim AXTARIR - VİDEO

20 Fevral 2026 15:39

Müğənni Rəqsanə İsmayılova sosial media paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi estetik əməliyyat etdirmək istədiyini açıq şəkildə bildirib.

İfaçı paylaşımında istifadə etdiyi filtrli görüntüsünü paylaşaraq belə deyib:

"Məni istifadə etdiyim filtrdəki kimi gözəl edə bilən həkim axtarıram. Özümə vuruldum burada".

Rəqsanənin bu sözləri izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri sənətçinin səmimiliyini və açıq mövqeyini dəstəkləsə də, digərləri təbii gözəlliyin daha önəmli olduğunu qeyd ediblər.

Qeyd edək ki, son illər estetik prosedurlar şou-biznes nümayəndələri arasında geniş yayılıb və bir çox məşhurlar bu barədə açıq danışırlar. 

Musa
Milli.Az