Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Hidayət Vəliyev dəfn edildi - FOTO

20 Fevral 2026 14:50

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Hidayət Vəliyev dəfn olunub.

Milli.Az "Report"a istinadla xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Zümürxan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, H.Vəliyev 1971-ci il sentyabrın 7-də Bərdənin Zümürxan kəndində anadan olub.

1994-cü il fevralın 12-də Kəlbəcər rayonu, Murovdağ silsiləsi istiqamətində itkin düşüb.

Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Hidayət Vəliyev dəfn edilib

Milli.Az