Azərbaycanın sosial şəbəkələrində yayılan video izləyicilərin diqqətini çəkib və geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, videoda gənc bir qız qəbiristanlıqda dua edərək əmisinin dirilməsi üçün Tanrıdan kömək istəyir.
Lakin həmin an qəfil olaraq bir kişi qazılmış məzarın arxasından çıxaraq danışmağa başlayır. Sosial mediada bəzi istifadəçilər kişinin bu hərəkətini yumor kimi qiymətləndirib, digərləri isə bunu qəbiristanlıqda hörmətsizlik hesab edərək tənqid edib.
Məlum olub ki, kişi hələ həyatda ikən öz məzarını hazırladıb, lakin ölüm tarixi barədə heç bir qeyd qoymayıb. Bu isə hadisənin həm də təəccüb doğurmasına səbəb olub.
Video qısa müddətdə viral olub və izləyicilər arasında həm humor, həm də etik müzakirələr yaradıb. Sosial media istifadəçiləri qəbiristanlıqda belə hadisələrin yolverilməz olub-olmadığını müzakirə edirlər.
Musa
Milli.Az