Vəkil Şəfiqə Nağıyevanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, o, ailə münasibətləri ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.
Nağıyeva bildirib ki, qardaşının oğlunun böyüməsində onun böyük rolu olub:
"Qardaşımın oğlunu mən böyütmüşəm, təhsil almasına dəstək olmuşam, işlə təmin etmişəm. O, mənə ana deyirdi. Amma evlənəndən sonra hər şey dəyişdi. Həyat yoldaşı ona o, sənin bibindir' dedi".
Vəkilin sözlərinə görə, həmin hadisədən sonra münasibətlər əvvəlki kimi olmayıb. Bu açıqlama cəmiyyətdə ailədaxili münasibətlər, gəlin-qaynana və qohumluq əlaqələri mövzusunda müzakirələri yenidən alovlandırıb.
Sosial media istifadəçiləri məsələyə müxtəlif mövqelərdən yanaşıblar. Bəziləri Şəfiqə Nağıyevaya dəstək ifadə edərək onun zəhmətinin dəyərləndirilməli olduğunu qeyd edib, digərləri isə ailə münasibətlərində balansın qorunmasının vacibliyini vurğulayıb.
Açıqlama qısa zamanda geniş yayılıb və ictimai marağa səbəb olub.
Musa
Milli.Az