Ağdamda I Qarabağ müharibəsinin itkin-şəhidi Qurban Göyüşov dəfn edilib - FOTO

20 Fevral 2026 13:25

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qurban Göyüşov dəfn olunub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Q.Göyüşov 1974-cü il iyunun 26-da Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. 1992-ci il martın 12-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində itkin düşüb.

Milli.Az