Bakının bu qəsəbəsində ağaclar kəsildi - Gizli tikinti hazırlığı GEDİR? - İDDİA - FOTO

20 Fevral 2026 16:19

Baku şəhərinin Suraxanı rayonunun Heydər Əliyev prospekti 414 ünvanında yerləşən ərazidə ağacların kəsilməsi ilə bağlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə sözügedən sahənin hasara alındığı və tikintiyə hazırlıq görüldüyü irəli sürülür.

Hadisə yerinə baxış zamanı ərazidə müəyyən sayda ağacın kəsildiyi müşahidə olunub. Bundan başqa, əvvəlki dövrlərə aid kəsim izlərinin də görünməsi ərazinin mərhələli şəkildə yaşıllıqdan təmizləndiyi ehtimalını gündəmə gətirib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə hər hansı ağackəsmə faktı qeydə alınmayıb və tikinti işlərinin aparılması planlaşdırılmır.

Daxili İşlər Nazirliyi isə açıqlamasında qeyd edib ki, Yeni Suraxanı qəsəbəsindəki yaşıllıq sahədə ağacların kəsilməsi ilə bağlı polis və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən birgə araşdırma aparılıb. Nəticədən asılı olaraq müvafiq hüquqi addımlar atılacaq.

Asya
Milli.Az