Ələddin İsrafilovun meyiti avtomobilin altından tapıldı

20 Fevral 2026 12:30

Bakıda avtomobilin altından meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Lökbatan qəsəbəsinin ərazisində yerləşən gömrük terminalının dayanacağında baş verib.

Orada saxlanılan avtomobilin altından üzərində zorakılıq əlamətləri görünməyən naməlum kişi meyiti aşkarlanıb.

Məlum olub ki, ölən şəxs Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin Əyyub oğlu İsrafilovdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az