Ramazanda uşaqlar oruc tuta bilərmi? - Pediatrdan vacib XƏBƏRDARLIQ

20 Fevral 2026 11:58

"Ramazan ayında uşaqları aclıqdan qorumaq daha məqsədəuyğundur və "özü istəyir" arqumenti keçərli sayılmamalıdır".

Milli.Az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, uşağın qızdırması varsa, mədə-bağırsaq problemi yaşayırsa və ya xroniki xəstəlikdən əziyyət çəkirsə, uzun müddət ac və susuz qalması sağlamlıq üçün risk yarada bilər.

Pediatr qeyd edib ki, xəstə uşaqlar saatlarla qida və maye qəbul etmədən qala bilməz. O, inancın önəmli olduğunu desə də, bunun sağlamlığa zərər verməyən həddə saxlanılmasının vacibliyini vurğulayıb.

Mina Mikayılova
Milli.Az