Hər kəsin ailədə eşitdiyi söz boşanma səbəbi SAYILIR - Sensasion QƏRARın kökündə nələr dayanır?

20 Fevral 2026 11:48

Kiçik konflikt zamanı ailələrdə bəzən zarafat, bəzən isə ciddi şəkildə cütlüklər bir-birinin xətrinə dəyə bilir. Bu halda "Mən səni bəyənmirdim, səni anam aldı, sənlə evləndiyim günə daş düşərdi, səni mənə urcah edənin" kimi ifadələr işlədilir.

Milli.Az xəbər verir ki, Ali Məhkəmənin Plemunumun şəxsiyyət hüquqlarının müdafiəsi haqqında qərarına əsasən, ailə sirrini eləcə də ər və arvadın şəxsi sirrini yayma onun bəyənilmədiyini özünə yaxud kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək. 

Bəs bu qərarın kökündə nələr dayanır? 

Hüquqşünas Ellada Bayramova bildirib ki, məhkəmə proseslərində bu kimi şikayətlər çox güman ki artıb:

"Bu səbəbdən Ali Məhkəmə belə qərar çıxardıb. Bu qərar insanların bir-birinə daha diqqətli, hörmətli davranışına gətirib çıxaracaq. Qərar bu cür tip boşanmaların qarşısının nisbətən alınmasına gətirib çıxaracaq". 

Hüquqşünas qeyd edib ki, bu ifadələrin işlədilməsi məhkəmədə təsdiqini taparsa, boşanma səbəbi kimi qiymətləndirilə bilər. Yeni qərar həyat yoldaşının psixoloji təzyigə məruz qalanlara kompensasiya və ya üzr istəmək tələbi irəli sürmək imkanı verir. 

Aysel
Milli.Az