Bakı metrosunda daha bir PROBLEM - Sərnişinlər təcili düşürüldü

20 Fevral 2026 09:51

Ali məktəblərdə dərslər başlar-başlamaz Bakı metrosunda problem əskik olmur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər də pik saatlarda "Əhmədli"-"İçərişəhər" xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq yaranıb və marşrut üzrə hərəkətini davam etdirə bilməyib. Nəticədə sərnişinlər qatardan düşürülüblər. Sərnişinlərin verdiyi məlumata görə, interval 13 dəqiqəyə qədər artıb.

Bu, dərhal Bakı metrosunun həmin xətt üzrə bütün stansiyalarında ciddi sərnişin sıxlığı ilə müşahidə olunub.

Qeyd edək ki, ötən gün də analoji problemlər müşahidə edilmişdi.

Milli.Az