İran ordusuna məxsus təyyarə qəzaya uğradı - Ölən var

20 Fevral 2026 10:07

İran ordusuna məxsus təyyarə Həmədanda qəzaya uğrayıb.

Milli.Az bu barədə TABNAK qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Hərbi Hava Qüvvələrinin təyyarəsi Həmədan əyalətində gecə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Pilotlardan biri həlak olub, digəri isə sağ qalıb.

Milli.Az