Bu gün Xəzər rayonunun Binə qəsəbəsində və Nizami rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar bəzi küçələrdə qaz təchizatı müvəqqəti dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Məlumata əsasən, saat 10:00-dan etibarən bu ərazilərdə qazın verilişində fasilə yaranacaq.
Milli.Az