Kaktusu belə çiçəkləndirən üsul: Dibçəyə sadəcə 1 parça əlavə edin

20 Fevral 2026 07:35

Kaktuslar çox vaxt gec çiçək açan və ya heç açmayan bitkilər kimi tanınır. Lakin peşəkar çiçəkçilərin istifadə etdiyi bu sadə üsulla kaktuslarınızı qısa müddətdə canlandırmaq və rəngli çiçəklər açmasını təmin etmək mümkündür.

Milli.Az xəbər verir ki, kalsiumla zəngin olan yumurta qabıqlarını tamamilə qurudub toz halına gətirdikdən sonra dibçək torpağına qarışdırın. Bu, torpağın mineral balansını tənzimləyir və kaktusun ehtiyac duyduğu enerjini verir.

Çiçəkçilər bəzən torpağın üst qatına çox az miqdarda (bir çimdik) şəkər tozu səpir və ya şəkərli su ilə sulayırlar. Bu, bitkinin "yuxudan oyanmasına" və çiçək açma hormonlarının hərəkətə keçməsinə kömək edir.

Kaktusun çiçək açması üçün onun mütləq kifayət qədər günəş işığı alması və torpağı tam qurumadan sulanmaması vacibdir.

Lalə Qüdrətova
Milli.Az