Kənan M.M. həbs olunacaq?

19 Fevral 2026 23:08

"Kənan M.M." kimi tanınan Kənan Mahmudovun yazar Orxan Saffariyə qarşı sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, iddialara görə, istifadə olunan ifadələr adi polemika çərçivəsini aşaraq təhqir və mümkün təhdid xarakteri daşıyır.

Hüquqi baxımdan qeyd olunur ki, şərəf və ləyaqətin alçaldılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir), bilə-bilə yalan məlumat yayılması isə 147-ci maddə (böhtan) üzrə məsuliyyət yarada bilər. Əgər paylaşımlarda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə məzmunu mövcuddursa, bu hal 134-cü maddə ilə qiymətləndirilə bilər.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparacağı gözlənilir. Sosial şəbəkədə edilən paylaşımların da hüquqi məsuliyyət doğurduğu vurğulanır. (XəzərNews.az)

Milli.Az